Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri dərhal sözü gedən ünvana gəliblər.
Xilasedicilər 5-ci mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə binanın dam örtüyündən enərək daxil olublar.
Onlar 2 yaşlı Məryəm Çingiz qızı Kamalovanı xilas edərək valideynlərinə təhvil veriblər.
Qeyd edək ki, uşağın vəziyyəti normaldır, onun səhhətində hər hansı bir problem yoxdur.
İnterpress.az