Abşeronda avtomobil piyadanı vuraraq öldürdübackend

Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

İnterpress.az xəbər verir ki, hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az