Bakı şəhər Baş Polis İdarəsindən İnterpress.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları hadisə ilə bağlı əməliyyat keçiriblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 7-i saat 19 radələrində, Hüseyn Cavid prospektində yerləşən parkda Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Eltac Allahverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Gündüz İmanov tutulub.
Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az