Poçt əməkdaşına basqın edildi – Gəncədəbackend

Poçt əməkdaşına basqın edildi – Gəncədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 9-da saat 19 radələrində şəhərin Səbuhi Xasayev küçəsində, Regional Poçt filialının 3 saylı şöbəsinin qarşısında baş verib.

Şəhər sakini, poçtun əməkdaşı Tofiq Rüstəmov “VAZ 2106” markalı avtomobili ilə poçtun inkassatorunu 3 saylı filialdan pulları aparmaq üçün ora aparıb.

Avtomobilində inkassatoru gözləyən sürücü qəfildən təxminən 30-35 yaşlarında olan şəxsin basqınına məruz qalıb. Silaha oxşar bir alətlə T. Rüstəmovun baş və sifət nahiyəsinə zərbələr endirən şəxs ondan pulları tələb edib.

Avtomobildə pulun olmadığını görən maskalı hadisə yerindən qaçıb. Xəsarət alan T. Rüstəmov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərdikdən sonra evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

İnterpress.az