Moskvada “Bakı-2015” konfransı keçiriləcəkbackend

Moskvada “Bakı-2015” konfransı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat konfransı fevralın 14-də TASS agentliyində baş tutacaq.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri, \”Bakı-2015\” Avropa oyunlarının təşkilat komitəsinin icraçı direktoru Azad Rəhimov və Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edəcək.

Qeyd edək ki, Bakı-2015 I Avropa oyunları iyunun 12-28-də keçiriləcək. Avropa oyunları proqramına 20 idman növü daxil edilib. Onlardan 16-sı olimpiya idman növüdür. Avropa oyunlarında 239 komplekt medal uğrunda 6 mindən çox idmançının mübarizə aparacağı gözlənilir. ( apa )

İnterpress.az