Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakinləri 34 yaşlı Seymur Əkbərov və 29 yaşlı Elvin Mürşüdov saxlanılılar.
Onlar qabaqcadan razılıq əldə etməklə quldurluq cinayəti törətmək məqsədilə 14 yanvar tarixdə səhər saat 4 radələrində Lənkəran rayonun Parakənd kəndində yerləşən yanacaq doldurma məntəqəsinə silahlı basqın ediblər. Onlar operator otağındakı gözətçiyə hədə qorxu gəlməklə, oradakı kassa aparatından pulları ələ keçiriblər.
İlkin istintaq zamanı o da müəyyən edilib ki, hər iki şəxs silahlı olub. Onlar polisdən yayınmaq üçün maskadan istifadə ediblər. Saxlanılan şəxslər hadisəni sərxoş vəziyyətdə törətdiklərini etiraf ediblər.
Rayon polis şöbəsində saxlanılanların üzərinə baxış keçirilərkən Seymur Əkbərovdan 1 qram, Elvin Mürşüdovdan isə 1,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onların narkotik istifadəçisi olduğu müəyyənləşib. ( anspress.com )
İnterpress.az