Öldürülən şəxs Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğludur.
Bu barədə APA-ya onun qardaşı Rüstəm İsmayılov məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkədə qardaşına məxsus profilindən ona İsmayıl İsmayılovun Suriyada öldüyü barədə mesaj göndərilib: “Daha sonra həmin ünvana yenidən məktub göndərib, suallar versəm də, cavab yazan olmadı. Az sonra isə həmin profil silindi”.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
İnterpress.az