Respublikanın daxili işlər orqanları cinayətkarlığın profilaktikası məqsədilə Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meylli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.
Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İnterpress.az