“Həkimlər deyiblər ki, vəziyyət çox ciddidir”backend

“Həkimlər deyiblər ki, vəziyyət çox ciddidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib.

Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar.

İnterpress.az