Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildibackend

Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, aprelin 8-i saat 00:00-dan 24 saat ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

İnterpress.az