İnterpress.az-ın Azərbaycan Güləş Federasiyasından aldığı məlumata görə, əsas məqsəd ölkədə güləşin təbliği və inkişafına nail olmaqdır. Həmçinin respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və fərqlənən idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin (DGB) mövcud qaydalarına əsasən təşkil olunacaq çempionat şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1995-1997-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Turnirdə yaxşı nəticələr göstərən idmançılara medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı da veriləcək və onlar yığma komandanın heyətinə cəlb olunacaqlar.
Turnirin proqramına əsasən, fevralın 14-də gənc güləşçilər arasında sərbəst, bir gün sonra isə yunan-Roma növləri üzrə ən güclülər müəyyənləşəcək.
Cümə / 13.02.2015
14:00-15:00 Hakimlərin iclası
15:00-16:00 Texniki konfrans
16:00-16:30 Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
Şənbə / 14.02.2015
10:00-15:30 Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
15:30-16:00 Yunan-Roma güləşi üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-17:30 Təntənəli acılış mərasimi
17:30-19:30 Sərbəst güləş üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
Bazar / 15.02.2015
10:00-15:30 Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-19:00 Yunan-Roma güləşi üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
İnterpress.az