İnterpress.az xəbər verir ki, Azərbaycandakı bəzi mətbuat orqanlarında martın 6-da keçiriləcək qurultaydan əvvəl Abbas Abbasovun Söyün Sadıqov üzərində qələbə çalması, onu “diz üstə çökdürməsi” barədə yayılan məlumatlar təşkilatn fəxri prezidentinin narazılığı ilə qarşılanıb.
Söyün Sadıqov barəsində yazılanlara reaksiya verərək bütün bunları Azərbaycan diasporunu parçalamaq cəhdi kimi qiymətlənidrib: “Onlar bütün gücləri ilə informasiya mübarizəsi aparırlar. Əgər biz onlara bu imkanı versək, tarix bizi bağışlamayacaq”.
Söyün Sadıqov martın 6–da qurultay keçirilməsi barədə qərarın onun da iştirakı ilə yanvarın 17-də təşkil olunan toplantıda qəbul edildiyini diqqətə çatdırıb: “Bu qurultayı iddia olunduğu kimi Abbas Abbasov revanş götürmək üçün çağırmayıb. Bu qurultay baykot yolu seçən Tver, Rostov, Moskva təşkilatları ilə danışıqlar aparmaq üçün çağırılıb. Mən özüm şəxsən Sərdar Abdullayev, Vaqif Mustafayevlə danışaraq onların martn 6-da bizim çağırdığımız birləşdirici qurultayda iştirak etmələrini xahiş etdim. Ancaq indi kimlərsə iddia edir ki, güya bu qurultay mənə Kremldən tapşırılıb. Mən öz mövqeyimdə qalıram, heç kəs mənə təzyiq göstərə və onu dəyişdirə bilməz. Bundan başqa bildirmək istəyirəm ki, Abbasov “birləşdirici” qurultayı martın 6-da yox, fevralın 20-də keçirmək niyyətində olub. Son günlər mən regionlardan çox sayda zənglər alıram. Kimsə onlara mənim adımdan zəng edir və fevralın 20-də keçiriləcək qurultaya çağırır. Abbas Abbasov həmvətənlərimizə müraciətində özünün xoş məramını nümayiş etdirir, ancaq hərəkətləri bununla eynilik təşkil etmir”.
Söyün Sadıqov “Azərros”un saytına haker hücumu təşkil edilməs və səfir Polad Bülbüloğlu barədə materialın sayta yerləşdirilməsi ilə bağlı da fikirlərini açıqlayıb: “ Əgər bu haker hücumu idisə, niyə həmin material 3 gün saytda qaldı? Həmin materialı gördükdən dərhal sonra sayt rəhbərliyi ilə əlaqə saxladım və bunun Azərbaycanla Rusiya arasında münasibətlərə mənfi təsirini anlatdım. Mənim zəngimdən sonra “Azərros”un saytı ümumiyyətlə işləmədi. Axşam isə haker hücumu haqqında məlumat sayta qoyuldu”.
Elnarə
İnterpress.az