Məşhur komediya aktyoru “Borat” obrazına görə ÜZR İSTƏDİbackend

Məşhur komediya aktyoru “Borat” obrazına görə ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saşa Baron Koen “Borat” obrazına görə qazaxıstanlılardan üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə aktyor “Happy Sad Confused” podkastında danışıb.

Britaniyalı komediya aktyoru Saşa Baron Koen “Borat” obrazına görə Qazaxıstan vətəndaşlarından üzr istəyib. O, qazaxıstanlılara hörmətlə yanaşdığını bildirib.

Aktyorun sözlərinə görə, Borat obrazının Qazaxıstanla heç bir əlaqəsi yoxdur.

Koen izah edib ki, uydurma personajın hansı ölkədən olması barədə təsəvvürlər yayımlandığı kanal və şoudan asılı olaraq dəyişib.

Xuraman Etibarlı

İnterpress.az