Ukraynada vəziyyət gərgin olaraq qalırbackend

Ukraynada vəziyyət gərgin olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Artilleriya atəşi regionun ən böyük şəhəri olan Donetskdə eşidilib. İndiyədək bu şəhərdə atəşkəsə riayət edilirdi.
Ukrayna ordusundan mənbələr həmçinin üsyançıları Mariupol şəhərinin yaxınlığındakı mövqeləri topa tutmaqda da ittiham edib.

Bu arada Rusiya, Ukrayna, Fransa və Almaniya arasında telefon vasitəsilə yeni danışıqlar aparılıb.

Sülhməramlılar dəvət olunub

Bundan öncə Ukrayna prezidenti Petro Poroşenko ölkəyə BMT-nin sülhməramlılarını dəvət edib. Lakin Rusiyanın BMT səfiri Vitali Çurkin bu çağırışı \”destruktiv\” adlandıraraq tənqid edib.

Cənab Poroşenko deyib ki, yaranmış vəziyyətdə Ukraynaya Avrozonanın polis missiyasının gəlməsi yaxşı olardı.

\”Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı\”.

Petro Poroşenko ölkəyə BMT-nin sülhməramlılarını dəvət edib

Bundan əvvəl o deyib ki, 80 faiz Ukrayna həbçisi son günlər ağır döyüşlər gedən Donetsk rayonunda Debalseve şəhərini tərk edib.

ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Michael Bociurkiw bildirib ki, missiya nümayəndələri hələlik Debaltseve şəhərinə gedə bilməyib.

Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir, o bildirib.

\”Debaltseve – atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir\”, Bociurkiw BBC-ə deyib.

NATO baş katibi Jens Stoltenberg isə yenidən Rusiyaya Ukraynanın şərqindəki separatçılara yardımı dayandırmağı tələb edib.

Rusiya separatçılara hansısa yardım etdiyini təkzib edir.

İnterpress.az