İnterpress.az xəbər verir ki, Razi Nurullayev Əli Kərimli ilə aralarında uçurum olduğunu bildirib: “Sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma, daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş. Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacam. Amma, siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm”.
Razi Nurullayev Əli Kərimlinin partiyada daxili avtoritarizm yaratdiğini deyib: “Daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, hörmətli Əli bəyin tənqidə və fərqli fikirə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma, 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yasdiq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Bunu qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi. Səhmdar var, səhmlər yox dedi”.
İnterpress.az