Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin sözçüsü Petro Kanonik bildirib ki, proses fevralın 22-dən başlayaraq iki həftə davam edəcək.
Almaniya və Fransanın vasitəciliyi ilə əldə olunmuş və fevralın 15-dən qüvvəyə minmiş razılaşmaya gorə, ağır texnikanın geri cəkilməsi prosesi fevralın 17-də başlamalı, martın 3-dək başa catmalı idi. Lakin strateji Debaltsova şəhərindəki döyüşlər ucbatından proses ləngiyib.
İnterpress.az