Azəri –Türk Qadınlar İctimai Birliyinin informasiya xidmətindən daxil olan xəbərə görə qurumun sədri Tənzilə Rüstəmxanlının Türkiyədə “Xocalı” soyqırımının ildönümünə həsr olunmuş konfransları davam edir. 2015 – ci ilin aprel ayına qədər nəzərdə tutulmuş “Dağlıq Qarabağ; sözdə “erməni soyqırımı” məsələsində Azərbaycan və Türkiyəni birləşdirən məqamlar; Qərbi Azərbaycan (İndiki Ermənistandan deportasiya) problemi” adlı rəhbəri olduğu layihənin həyata keçirilməsi ilə əlaqədar Türkiyənin müxtəlif bölgə və nahiyələrində konfrans və görüşlər təşkil edən Tənzilə Rüstəmxanlı dünən İstanbul Mərmərə Universitetində “Son iki yüz il Azərbaycan həqiqətləri və Xocalı ” mövzusunda çıxış edib. Son iki əsr həqiqətlərini dilə gətirən təşkilat rəhbəri Azərbaycan türklərinin dədə-baba torpaqları olan İrəvan mahalından zorla köçürülməsindən, Qərbi Azərbaycanda mərhələlərlə başa çatdırılan etnik təmizlənmənin millətimiz üçün fəlakətli nəticələrindən, son yüz ildə Azərbaycan türklərinin dəfələrlə ermənilər tərəfindən müxtəlif bölgələrdə soyqırıma məruz qalmasından, “31 Mart soyqırımı” , “ Quba soyqımı” larının dəhşətlərindən danışıb. Bu məqsədlə o, ATQB- nin ötən ilə aid layihələrindən biri olan müəllifi olduğu “İrəvandan Xocalıya; XX əsrdə Azərbaycan faciələri “ adlı kitabı konfrans iştirakçılarının diqqətinə və istifadəsinə çatdırıb. Universitetin müəllim və tələbə heyətinin böyük maraq göstərdiyi konfransa Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov da qatılıb.
Məruzəçilər Qarabağ məsələsi, Xocalı soyqırımı mövzusunda çıxış ediblər.
İnterpress.az