Tovuzda AXCP-yə keçən müsavatçıların sayı 100-ə çatdıbackend

Tovuzda AXCP-yə keçən müsavatçıların sayı 100-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu 2010-cu ildən etibarən partiyanın rayon təşkilatının sədr müavini olmuş Əsəd Məmmədli İnterpress.az-a əməkdaşı ilə söhbətində deyib.

Onun sözlərinə görə, AXCP sıralarına qoşulmaqla bağlı keçmiş müsavatçılardan müraciətlər daxil olur: “Məsələn, dünən Çataq özəyindən 5 nəfərin müraciəti daxil olub. İlkin olaraq 67 nəfər mürciət etmişdi, indi isə müraciət edənlərin sayı 100 nəfərdir”.

Əsəd Məmmədli bildirib ki, 2003-cü ildə rayonda Müsavat üzvü olanların sayı 870 nəfər olub. Daha sonra rayon təşkilatının sədrinin daimi yaşamaq üçün Bakıya köçməsi səbəbindən müəyyən problemlər yaranıb. Son olaraq rayonda partiya üzvlərini sayı təxminən 400 nəfər olub ki, onlardan da 270 nəfəri qurultaydan sonrakı proseslərlə əlaqədar istefa verib.

Elnarə
İnterpress.az