Kolumbiya Senatının vitse-prezidenti İlham Əliyevə məktub göndəribbackend

Kolumbiya Senatının vitse-prezidenti İlham Əliyevə məktub göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktubda deyilir: “Sizi ürəkdən salamlayır, ölkənizin inkişaf və quruculuq işlərində müvəffəqiyyət diləyir və çiçəklənərək Kolumbiyanın inkişafına nümunə olan Azərbaycan Respublikasına öz səmimi arzularımı çatdırıram.

Eyni zamanda, bu mühüm tarixdə Dağlıq Qarabağ ərazisində törədilmiş Xocalı soyqırımına görə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu Sizə bildirirəm. Bu hadisə bütün millətin həyatına sirayət edib.

Kolumbiya 50 ildən çox münaqişənin hökm sürdüyü bir ölkə olaraq, öz həmvətənlərinin həyatlarını itirməsi ağrısını yaxşı anlayır və bu gün Prezident Santosun təşəbbüsü ilə başlayan sülh prosesinin gözəl nəticələnəcəyinə ümid artıb.

Bu mənada bu acı hadisəni törədənləri rədd edir və Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan xalqı ilə bir olduğumuzu ifadə edir, həmçinin sülhə doğru yolu tapacağınıza ümid edirik”.

İnterpress.az