Bakı sakini qardaşını bıçaqlayıbbackend

Bakı sakini qardaşını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sakini qardaşını bıçaqlayıb, sonra özünü 4-cü mərtəbədən atıb.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Fuad Nəcəfli yaşadığı evdə özündən iki yaş kiçik qardaşı Murad Nəcəflini bıçaqlayıb.

O, daha sonra özünü yaşadığı mənzildən – binanın 4-cü mərtəbəsindən aşağı atıb.

F.Nəcəfli ölüb, M.Nəcəfli isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğuna araşdırma aparılır.

 

İnterpress.az