150 metr hündürlükdə 7 saatlıq DƏHŞƏT: 300-dən çox turist havada ASILI QALDI – VİDEObackend

150 metr hündürlükdə 7 saatlıq DƏHŞƏT: 300-dən çox turist havada ASILI QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda 300-dən çox turist kanat yolunda köməksiz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Hindistanda kanat yolunun işində yaranan ciddi nasazlıq səbəbindən 300-dən çox turist 150 metr hündürlükdə havada asılı vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub. Turistlərin təhlükəsiz şəkildə yerə endirilməsi üçün həyata keçirilən gərgin xilasetmə əməliyyatı düz yeddi saat davam edib.

Hadisə zamanı xəsarət alan olmayıb və bütün turistlər sağ-salamat xilas ediliblər.

Xuraman Etibarlı

İnterpress.az