16 yaşınadək uşaqları siqaret çəkən valideynlər CƏRİMƏLƏNƏCƏKbackend

16 yaşınadək uşaqları siqaret çəkən valideynlər CƏRİMƏLƏNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 16 yaşınadək uşaqları siqaret çəkən valideynlər cərimələnəcək. Uşaqlara tütün məmulatları satan satıcılar da cəzalandırılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Gənclər Siyasəti Komitəsinin sədri Artyom Metelev məlumat verib.

Cümə günü, mayın 17-də Dövlət Dumasının deputatları Nazirlər Kabinetinə 16 yaşdan kiçik uşaqlarda siqaret çəkməyə görə valideynlər üçün yeddi min rubl məbləğində cərimə tətbiq etməyi təklif edən tütün əleyhinə qanun layihələri paketini göndəriblər.

Rusiyada onlar 16 yaşınadək uşaqları siqaret çəkən valideynləri cərimələməyi, həmçinin tütün məmulatları ilə bağlı qanun pozuntularına görə satıcıları cəzalandırmağı planlaşdırırlar.

— Satış qaydalarının təkrar pozulmasına görə – 90 gün müddətinə fəaliyyət dayandırılır və cinayət məsuliyyəti nəzərdə tutulur.
— İcazəsiz yerlərdə siqaret çəkməyə görə cərimələr 15 000 rubla, uşaq meydançalarında isə 30 000 rubla qədər artırıla bilər.
— 16 yaşından kiçik uşaq siqaret çəkirsə, valideynlər 7000 rubla qədər cərimə ilə üzləşirlər.
— Nikotin tərkibli məhsulların satışını pozan hüquqi şəxslər üçün cərimələr 500.000 rubla çata bilər.

Xuraman Etibarlı

İnterpress.az