2023-cü ildə PKK, FETÖ və İŞİD-ə qarşı 40 minə yaxın əməliyyat keçirilib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
O bildirib ki, 2023-cü il ərzində kürd hərbi-siyasi təşkilatı PKK-ya qarşı 31 994 əməliyyat keçirilib.
Onun sözlərinə görə, bu əməliyyatlar zamanı təşkilatın 1022 silahlısı zərərsizləşdirilib.
Bundan əlavə, ötən il ərzində aşağıdakı əməliyyatlar həyata keçirilib:
FETÖ hərəkatına qarşı – 5.543;
İŞİD-ə qarşı – 1.607.
Xuraman Etibarlı
İnterpress.az