Cavid Hüseynöv: Biz qələbə qazanacağımıza inanırıqbackend

Cavid Hüseynöv: Biz qələbə qazanacağımıza inanırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oyunun qəhrəmanına çevrilən “Qəbələ”nin kapitanı Cavid Hüseynov ANS-ə danışıb.

Müsahibəsində oyunçu xahiş edib ki, onu qəhrəman kimi qələmə verməsinlər. Hüseynov hərəkətinə görə peşman olmasa da, qəhrəmanlıq etdiyini də düşünmür:

“Düzdür bunun üçün bir neçə oyunda iştirak edə bilməyəcəm. Xahiş edirəm bunu qəhrəmanlıq kimi qələmə verməsinlər. Burada qəhrəmanlıq yoxdur. Sadəcə hisslərimi belə bir jestlə ifadə etdim. Bu oyunun nə qədər çox əhəmiyyətli olduğunu hər kəs bilir. Oyunçular mənim komandada olub-olmamağımı hiss etdirməyəcəklər. Biz qələbə qazanacağımıza inanırıq”.

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində 1:1 nəticələnən “Apollon” – “Qəbələ” matçının artırma dəqiqələrində qırmızı-qaraların kapitanı Cavid Hüseynovun penaltını dəqiq yerinə yetirdikdən sonra Azərbaycan bayrağını təhqir edən kiprli azarkeşlərə ünvanladığı jest hazırda futbol ictimaiyyətində əsas müzakirə mövzusudur.

Atdığı addıma görə Cavidi təqdir edənlər də var, qınaq obyektinə çevirənlər də. Bu məsələdə ən pis məqam odur ki, “Qəbələ”nin liderinin UEFA tərəfindən bir neçə oyunluq cəzanlanma ehtimalı var.

“Qəbələ” futbol klubu isə rəsmi saytında oyun zamanı rəqib azarkeşlərinin təxribatçı hərəkətləri və meydana yad əşyalar atması ilə bağlı bəyanatla çıxış edib. Baş verən hadisələrin təəssüf doğurduğunu bildirən klub rəhbərliyi cavab oyununda azarkeşləri təxribata uymamağa və yalnız komandanı dəstəkləməyə çağırıb.

“Qəbələ” – “Apallon” matçı avqustun 6-si 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti saat 21:00-da səslənəcək.

İnterpress.az