Peyğəmbərin uşaqlığından bəhs edən filmbackend

Peyğəmbərin uşaqlığından bəhs edən film

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı rejissor və ssenarist Məcid Məcidinin çəkdiyi \”Məhəmməd\” filmi artıq hazırdır. İranlı və türk kino mütəxəssislərinin birgə ərsəyə gətirdikləri film \”Əbraha ordusu\” və \”Fil\” əhvalatları ilə başlayır. Filmin ümumi büdcəsi 30 milyon dollar hesablanıb. Türkiyəli yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə edildiyini qeyd edib. Filmdə \”Peyğəmbər\”in yalnız arxadan çəkildiyini bildirən yazıçı, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb. Peyğəmbərin 12 yaşınadək olan dövrünü əhatə edən filmin dünya premyerası avqustun 12-də 39-cu Montreal Beynəlxalq Film Festivalında reallaşacaq.

Qeyd edək ki, filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub. ( azərtac.az )

İnterpress.az