Bir şair köçüb, bir alim gedib, bir aqil azalıbbackend

Bir şair köçüb, bir alim gedib, bir aqil azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi televiziya proqramlarından sonra mənə zəng vurub təbrik edər, hərdən də özəlliklə ədəbiyyat adamlarını müdafiə etdiyim zamanlarda təşəkkür edərdi. Gənc şairlərin sayğısızlığından gileylənərdi, amma onu üzən məqamlara toxunmazdı, nigarançılığı qələm dostlarına uzanan haqsız dillər və kirli əllərdi.

Türk ədəbi nümunələrini onun qədər çox az adam bilər, təkcə bilmirdi, hafizəsinə yazardı və əzbərdən o qədər gözəl oxuyardı ki, dinləyənlər heyran qalardı. Dəfələrlə təşkil etdiyimiz tədbirləri şərəfləndirmişdi və kürsüyə çıxaraq, gözlərinə yumaraq Yunus Əmrədən, Aşık Veysəldən, Fizuldən, Nəsimidən, Nizamidən və demək olar ki, türk klassik ədəbiyyatının mütəfəkkirlərindən əzbərdən söylərdi…

O, türkə heyran, türkə aşık bir şairdi. Türk Dünyasını bilirdi, araşdırırdı, öyrənirdi, qan yaddaşına yazırdı, öyrədirdi.
Türkün ayaq izləri harada varıydısa oranı özünə Vətən bilirdi.

Sabir bəylə ruh qohumuydu, çox dərdləşərdi,dərdləri isə Türk milləti və Türk dünyası idi.
Ortaq Türk ədəbiyyatımız, ortaq tariximiz, ortak dilimiz və ortaq qədərimiz idi dərdləri.

Dərdin ən ağırı onların çiyinlərində idi, çox vaxt bu dərdləri çəkdikləri üçün türk düşmənlərinin hədəfində olardılar. Bir şeirinin çəkisində olmayan nadanların təhqirlərinə məruz qalardı, amma hər şeyə rəğmən o, yenə milli dərd Karvanının Sarvanı olmaqdan vaz keçmədi.

Bəlkə də millətimin aydınlarını bu dünyadan millətin dərdi, bir də bu dərdləri anlamayan nadanların dərdi zamansız aparır. Çünki bu dərdlərin arasında daş olsa belə bağrı çatlayar.

Qısacası,bu dünyadan bir Şair köçüb, bir alim gedib, bir Aqil azalıb, Türk oğlu Türk gedib, Zəlimxan Yaqub,fani dünyadan Haqq dünyasında hüzur tapmağa gedib. Məkanı Cənnət olsun.

Türk Dünyasının başı sağ olsun.