2023-cü ilin yanvar-sentyabr aylarında readmissiya çərçivəsində 3387 nəfərə Aİ ölkələrindən Gürcüstana qayıtmağa razılıq verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hər il 3034 Gürcüstan vətəndaşı readmissiya olunub.
Qeyd edək ki, Almaniyada ən çox vətəndaşın – 2202 nəfərin Gürcüstana qayıtmasına qərar verilib. Sonra Fransa və Yunanıstan gəlir.
2023-cü ilin 9 ayında ən çox Gürcüstan vətəndaşının readmissiya olunduğu 10 Aİ ölkəsi bunlardır:
Almaniya – 2202
Fransa – 468
Yunanıstan – 136
İsveçrə – 132
Polşa – 69
İtaliya – 69
İspaniya – 63
Hollandiya – 61
Belçika – 44
İsveç – 30
Xatırladırıq ki, Gürcüstan və Avropa İttifaqı arasında “icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-dən qüvvəyə minib. Müqavilə əsasında Avropa İttifaqının ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları Gürcüstana qaytarılır.