İftara “közləmə” şorbabackend

İftara “közləmə” şorba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

2 ədəd kartof
1-2 ədəd kök
1 ədəd baş soğan
2 ədəd bolqar bibəri
1 dəstə şüyüd
2 x.q. bitki yağı
3 st. su
Duz, istiot

Hazırlanması:

Soba 190 dərəcəyədək qızdırılır.
Bibər yağlanır, formaya bükülüb sobada bişirilir, qabığı təmizlənib doğranır.
Qazana 3 st. su tökülür, duz səpilib qaynadılır.
Qaynayan suya iri şəkildə doğranmış kartof və kök əlavə edilib bişirilir.
Soğan xırda doğranıb yağda qızardılır.
Qaynayan tərəvəzlərin üzərinə bibər və qızarmış soğan qatılır, duz və istiot səpilib blenderdən keçirilir.
Şorba təkrar 5 dəq. zəif odda qaynadılır.
Hazır şorbanın üzərinə xırda doğranmış şüyüd səpilib servis edilir.

İnterpress.az