Rüşvət – Allaha küfr etməkdirbackend

Rüşvət – Allaha küfr etməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüşvət – cəmiyyətin və iqtisadiyyatın ən pis bəlalarındandır.

O kəslər ki, bu çirkin əmələ əl atırlar və bəziləri də həmin çirkin pulları qəbul edirlər, elə bilirlər ki, xeyir kəsb ediblər. Ancaq əslində belə deyildir. Bu insanlar adətən öz hədəflərinə daha tez çatmaq üçün rüşvətə əl atırlar.

Bu dünyada olan hər bir şeyin maddi tərəfi olduğu kimi, mənəvi tərəfləri də vardır. O cümlədən, əldə etdiyimiz ruzinin maddi tərəfi olduğu kimi, mənəvi tərəfləri də vardır. Hər bir şeyin mənəvi mahiyyəti insanın mənəviyyatına və ruhuna təsirlər qoyar. (Tebyan)
İki cür ruzi vardır: halal və haram ruzi. Haram ruzi odur ki, insan, etiqad və mənəvi baxımdan düzgün hesab edilməyən gəlir əldə etsin. Oğlurluq, rüşvət və sələm kimi.

İslam dinində o işdə ki, xeyir və ziyan vardır, gərək dinin qanunlarına əsasən yerinə yetirilsin. O zaman ki, insan qəbahətli sayılan yolla gəlir əldə edər və onunla həyat xərclərini təmin edər – həyatındakı bərəkət aradan gedər. Pulun bərəkətsiz olması ruzisinə mühüm təsirlər qoyar.
Rüşvət elə bir çirkin gəlirdir ki, ardınca ziyanlar gətirər. İnsan elə bilir ki, rüşvət alaraq ruzisinin miqdarını çoxaldar, ancaq əslində həm ruzisini bərəkətsiz edər, həm də axirətini zay edər. Rüşvət yolu ilə əldə etdiyi pulun bərəkəti olmadığına görə, ehtiyaclarının hamısını təmin edə bilməz.

İnsan gördüyü hər bir işə ağılla başlamalıdır. Bilməlidir ki, rüşvət ruzisinin artması üçün çıxış yolu deyildir. Hədislərimiz deyir ki, hər kim sələm verər – Allahla döyüşə girmiş olar. Rüşvət də o cürdür. Hər kim rüşvət alar və ya rüşvət verər, Allahı qəzəbləndirər və ruzisinin bərəkətini aradan aparar.
Həzrət Peyğəmbər (s) buyurur: “Rüşvət almaqdan çəkinin ki, o, xalis küfrdür və rüşvət alan behiştin iyini hiss etməz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah rüşvət alanı və rüşvət verəni və hər ikisinin arasında olan vasitəçini lənətləyər”.
İmam Sadiq (ə) buyurur: “Rüşvət – Allaha küfr etməkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahın haramlarını yalançı şübhələrlə halal hesab edirlər. Allahın şərabını xurma şərabı adı ilə içirlər, rüşvəti hədiyyə adı və sələmi ticarət adı ilə halal hesab edirlər”.
İmam Əli (ə) rüşvət alanı müşrik adlandırmışdır. Ona görə də bu qəbahətli əməldən çəkinək və bir gəlirə görə dünya və aqibətimizi zay etməyək. (deyerler.org)

İnterpress.az