Atatürkü kim öldürdü?backend

Atatürkü kim öldürdü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusən də, əmrə tabe olan əsgərlərə edilən hörmətsizlik, tətbiq olunan cəza, onların yüksək çinli zabitlərlə bərabər həbs olunması və talelərinin bundan sonrakı qaranlıq hissələri dünənki çevriliş cəhdinin ən qaranlıq səhifələridir.

Halbuki Mustafa Kamal Atatürk bu əsgərlə Türkiyəni canavarların əlindən almış və nəhəng dövlətə çevirmişdi.

Təəssüflər olsun ki, çevrilişə cəhd zamanı Atatürkün adından sui-istifadə halları da oldu. Amma düşünürük ki, Atatürkün təməlini qoyduğu ordu heç zaman sarsılmayacaq.

Bu səbəbdən Atatürk haqqında bir neçə maraqlı detalı təqdim edirik:

1. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
2. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.
3. Ən çox sevdiyi heyvanlar: Atlar və itlər. “Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı.
4. Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.

5. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.

6. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.

7. Səhər vərdişləri: Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.
Xəstəliyininbaşlanğıcındaonumüayinə edənhəkimFissingergündə neçə paçkasiqaretçəkdiyinisoruşub. Atatürk “səkkiz” deyib.

Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: “Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.

8. Qəribəliyi: Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

Atatürkü masonlar öldürüb

Az qala bütün həyatı sirlərlə və məchulluqla dolu olan Atatürkün ölümü də bir müəmma oldu. Bu gün bir çox araşdırmaçılar, Kamalçılar Atatürkü masonların öldürdüyünü qeyd edir. Mənbələr təsdiqləyir ki, Atatürk hakimiyyətə gəldiyi ilk illərdən ta ölümünə qədər (1938-ci ilə qədər-E.N.) mason birliklərinə mənfi münasibət göstərib. 1935-ci ildə mason lojalarını yəhudi təşkilatlanması adlandıraraq, onların başlanmaını əmr edib.

Bəzi mənbələrə görə, masonlar rədd edildiklərini görəndə əks-hücuma keçiblər. Atartürkün mason lojalarını bağlatması masonlar arasında olduqca pis qarşılandı. Öncədən də ixtilafları olduqları üçün Mustafa Kamal Atatürkdən birdəfəlik qurtulmaq lazım idi. Atatürkün masonlara qarşı bu cür sərt addımı xaricdə də əks-səda yaratdı.

Türkiyə mətbuatında Atatürkün bu qərarı ilə bağlı yazılan yazılar qonşu yunan qəzetlərinə və oradan da dünyaya sıçradı. Bu hadisəni öyrənən xaricdəki masonlar Atatürkü yox etmək üçün sonu gəlməyən cəhdlərə başladılar. Mutafa Kamalın 1938-ci ildəki ölümünü də məhz həmin mübarizənin məntiqi yekunu kimi qəbul edirlər.

Hazırladı: Elmin Nuri