Baş nazirin avtomobili atəşə tutulubbackend

Baş nazirin avtomobili atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bunu Türkiyə Daxili İşlər naziri Əfqan Ala çevriliş cəhdi hadisələrini şərh edərkən deyib.

“Baş nazir 15 iyul gecəsi İstanbulun Anadolu ərazisində idi. Həmin an Ankaraya getmək qərarı verdi. Hava nəqliyyatı təhlükəli olduğu üçün avtomobillə getdi.

Paytaxtda atışmaların intensivləşməsi səbəbindən istiqamət Kastamonuya tərəf oldu.

Daha sonra 1.5 saat fasilə verdilər. Elə bu anda jandarma qüvvələri tərəfindən Binəli Yıldırımın olduğu avtomobil atəşə tutuldu.

Oradan uzaqlaşdıqdan sonra Binəli Yıldırım kaymakamın evində qonaq oldu.

Baş nazir kaymakamın evində olduğu müddətdə Ankara ilə daim əlaqədə oldu. Kaymakamın evi qərargaha çevrilmişdi.

Bu olaylardan sonra Binəli Yıldırımın Ankaraya getməsi tam 12 saat çəkdi”, – Əfqan Ala qeyd edib. (musavat)

İnterpress.az