“Peyğəmbər Gülənə dedi ki, darıxma az qaldı” – Fətullah Gülənlə bağlı ŞOK GİZLİNLƏRbackend

“Peyğəmbər Gülənə dedi ki, darıxma az qaldı” – Fətullah Gülənlə bağlı ŞOK GİZLİNLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İfadə verən hakim T. D. (hər ikisi hakim olan ər-arvad. T.D. hər ikisinin adlarının ilk hərfidir, ad və soyadları açıqlanmır) F.Gülənin Məhkəmə-Hüquq Şurasına (HSYK) seçkiləri ərəfəsində yuxunda Məhəmməd Peyğəmbərlə görüşdüyünü deyib.

“2014-cü ilin oktyabr ayında keçirilən HSYK seçkilərindən öncə Ankaradan bir adam gəldi. Adını bilmirdim. Dedi ki, Fətullah Gülən yuxusunda Kəbəyə gedib, orada Peyğəmbərimizlə görüşüb. Peyğəmbərimiz ona “səni incidirlər?” deyib, o da “bəli” mənasında başını yelləyərək, ağlamağa başlayıb. Peyğəmbərimiz də ona “narahat olma, az qaldı” deyə cavab verib. Ankaradan gələn adam bunu danışaraq, seçkilərdə mütləq tərəfsiz şəxslərin qazanacağını, onlara səs verməyimizi dedi”, – deyə T. D. qeyd edib. (publika.az)

İnterpress.az