Bu barədə informasiyanı Avstraliya Xarici İşlər Nazirliyi yayıb.
Təşkilat HƏMAS qruplaşmasının maliyyələşdirilməsində şübhəli bilindiyinə görə qapadılıb. Nümayəndəliyin müvəqqəti bağlanmasına İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Avstraliyaya müraciətindən sonra qərar verilib.
Qeyd edək ki, ŞABAK bundan öncə təşkilatın Qəzza nümayəndəsi Məhəmməd Xələbini həbs edib. Buna səbəb onun HƏMAS-a yardım etməsidir. Tel-Əvivin iddiasına görə, Xələbi HƏMAS-ın hərbi qanadına 7,2 milyon dollar vəsait bağışlayıb. “Vörld Vijın” təşkilatı dünyanın 100 ölkəsində fəaliyyət göstərir. Mərkəzi qərargahı ABŞ-da yerləşən təşkilatın illik büdcəsi 2,6 milyard dollardır və 46 min əməkdaşı var. (musavat)
İnterpress.az