Ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirildibackend

Ölkəmizə 1,5 milyon ədəd tut tingi gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə 1,5 milyon ədəd tut tinginin alınması üçün Çinin “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı vasitəsilə respublikamıza gətirilib.

Tinglər bölgü əsasında Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucara göndərilib. Daha sonra isə onlar 37 rayona paylanacaq.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb. Tinglər fermer və sahibkarlara, eyni zamanda nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.

İnterpress.az