“Sahəsi geniş olan mənzillərin qiymətləri ucuzlaşacaq”backend

“Sahəsi geniş olan mənzillərin qiymətləri ucuzlaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
İqtisadçının sözlərinə görə, yeni tikililərdə və həyat evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq: “Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq. Kommunal tariflər, həmçinin, biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında təlabatın azalmasına gətirib çıxaracaq. Bir sözlə Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək”.
Məlumat üçün qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb.

İnterpress.az