Parlamentdə büdcə müzakirələri davam edirbackend

Parlamentdə büdcə müzakirələri davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam edir.
İnterpress.az xəbər verir ki, iclasda \”Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında\”, \”Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında\”, \”Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında\”, \”Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında\” qanun layihələri müzakirəyə çıxarılacaq.
Həmçinin, Milli Məclisin 2017-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq. Qeyd edək ki, gündəlikdə duran məsələlərin müzakirəsi sabah da davam etdiriləcək.

İnterpress.az