Milli Məclisdə büdcə müzakirələri başladıbackend

Milli Məclisdə büdcə müzakirələri başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, iclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə edirlər.

Spiker Oqtay Əsədov deyib ki, gündəlikdə birinci məsələ \”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında\” qanun layihəsidir.

Xatırladaq ki , gələn ilin büdcə zərfinə \”2017-ci il dövlət büdcəsi haqqında\”, \”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında\”, \”2017-ci il üçün yaşayış minimumu haqqında\”, \” 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında\”, “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

İnterpress.az