İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, rayonlardakı market və mağazalarda insaların borc dəftərləri yaranıb:
\”Artıq insanlar unu da kilo ilə alırlar. Heç olmasa, elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar. Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırıb stress altında saxlayırıq”.
Deputat qeyd edib ki, ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyində neqativ hallar aşkarlanıb:
\”O zaman gəlin, bu nazirliyə maliyyələşməni də dayandıraq. Axı belə mənqit olmaz! Bu cür çıxışlarla, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanları mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq”.
Q.Həsənquliyev Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun onun haqqında söylədiyi ittihamlara da cavab verib: \”Deyirlər ki, hökuməti əvəllər tənqid edənlər niyə indi tərifləyirlər?
Mən nə zamansa hökumətin hansısa addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü dünya parlamentlərindədir. Nəyisə deyəndə, danışanda gəlin diqqətli olaq”.
İnterpress.az