Kommunal xidmətlər sahəsinə özəl şirkətlər cəlb edilə bilərbackend

Kommunal xidmətlər sahəsinə özəl şirkətlər cəlb edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində deyilir.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) “Tik–idarə et–təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır. Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.