Növbəti 10 ildə 150 min iş yeribackend

Növbəti 10 ildə 150 min iş yeri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdakı 10 il ərzində Azərbaycanda ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin açılması hədəflənib.

İnterpress.az-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin \”Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi\” ilə bağlı fərmanında qeyd olunur.

İxracın şaxələndirilməsi üçün ticari mal vəxidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da, adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır.

İnterpress.az