İnterpress.az xəbər verir ki, bunu “Ria Novosti”-yə açıqlamasında nazir Natiq Əliyev bildirib.
“Hesab edirəm ki, hə” – deyə Natiq Əliyev bugünkü görüşün yekun görüş olması barədə sualı cavablandırarkən qeyd edib.
Nazirin sözlərinə görə, onun görüşdən gözləntiləri olduqca yüksəkdir: “Lakin mən düşünürəm ki, bu iclasın nəticələrindən asılı olmayaraq biz öz səylərimizi davam etdirməliyik”.
Qeyd edək ki, bu gün OPEC-ə üzv və qeyri-üzv ölkələr Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcək.
İnterpress.az