Azərbaycanda əmlakın satılması ilə bağlı qanun dəyişirbackend

Azərbaycanda əmlakın satılması ilə bağlı qanun dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “İcra haqqında” qanuna təklif olunan əlavə və dəyişiklər Milli Məclisə daxil olub. Təklif olunan dəyişikliyə görə, “İcra haqqında” qanunun “üzərinə həbs qoyulmuş əmlakın satılması” adlanan 53-cü maddəsinin 2-ci bəndinin 2-ci cümləsində “dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər” cümləsində 500 manat məbləği 5000 manat məbləği ilə əvəz olunur.

Beləliklə də üzərinə həbs qoyulmuş əmlakın icra məmurunun müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satişi 5000 manat məbləğdən artıq olarsa, baş tuta biləcək.

İnterpress.az