Ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği məlum oldubackend

Ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki. bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Kredit portfelinin 12497,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il noyabr ayının 1-nə 7413,1 milyon manat təşkil edib.

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 Avroya – 1,83 manata (1,76), 100 Rusiya rubluna – 2,63 manata (2,35) bərabər olub.

İnterpress.az