Manata təzyiq artacaq. Bazarda gərginlik olacaq. Amma ötən dekabrdakı hadisəni gözləmirəm.
İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.
Yəqin ki, ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək:\”Mən kəskin devalvasiya gözləmirəm, amma istisna da etmirəm. Olsa da səbəb FED-in qərarı olmayacaq. Hər şey asılı olacaq hökumətin davranışından. Manat ucuzlaşmaqda davam edəcək. indiki templə, yoxsa daha kəskin onu zaman göstərəcək\”.
Digər iqtisadçı ekspert Əkrəm Həsənov isə bildirir ki, manatdan nigaran olmağa dəyməz. Gedən cismidir, ruhu bizdədir. İlin sonunadək kəskin devalvasiya ehtimalini yüksək hesab edirəm. Çünki büdcəni doldurmaq lazımdır. Bəzi qurumların maaşı aylarla verilmir. Elə verməlidilər ki, manata təzyiq az olsun, dollar almaq niyyətinə düşməsinlər\”.
Son qərardan danışan ekspert Natiq Cəfərli isə bildirir ki, FED uçot dərəcəsində 0,25% artıma getdi, bu gözlənilən idi, amma ən önəmli mesaj gəldi: \”FED 2017-də 3 dəfə (!!!) faiz artıracağını dedi, əsas bu idi. Amma hamı 2 dəfə % artacağı mesajını gözləyirdi\”.
Gülşanə Mustafayeva
İnterpress.az