Dövlət Gömrük Komitəsindən İnterpress.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,20% azalma qeydə alınıb.
Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7 716 723,78 min dollar, ixrac isə illik 30,02% azalaraq 8 314 908,13 min dollara enib.
Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598 184,35 min dollarlıq müsbət saldo yaranıb.
Ötən ilin müvafiq dövründə həmin göstərici 2 432 017,66 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb.
Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib.
İnterpress.az