Bu barədə “Trump Organization” şirkətinin vitse-prezidenti, baş müşavir Alan Qarten bildirib.
Məlumatda qeyd olunur ki, bu addım Donald Trampın ABŞ prezidenti kimi biznes və siyasət maraqlarının toqquşa biləcəyi riski aradan qaldırmaq istəyilə bağlıdır.
Prezident Tramp maraqların toqquşmasının qarşısını almaq üçün biznesini tərk edəcəyini və onu övladlarına həvalə edəcəyini bildirib.
Trampın yanvar ayında bununla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.
İnterpress.az