Zəncir və təkər corabların qiyməti artır – Əvvəlcədən alsınlarbackend

Zəncir və təkər corabların qiyməti artır – Əvvəlcədən alsınlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Hələ qış başlamamış (bizdə tarixən formalaşmış ənənəyə görə, qış dekabrın 22-dən başlayır) hətta Abşeron yarımadasına da 3 dəfə qar yağıb. Bunlar yüngülvari qar olsa da, qabaqda yanvar, fevral ayları var. Ona görə də sürücülərə əvəlcədən avtomobilləri üçün sürüşməyə qarşı zəncirlər və təkər corabları almaqları tövsiyyə olunur: \”Çünk, uzun zaman qeyri-sabit qarlı hava müşahidə olunarsa qiymət 2-3 dəfə artıb ceyran belində olacaq\”.

Sözü gedən zəncirlərin və təkər corabların qiyməti neçəyədir? sualına cavab verən ekspert bildirir ki, zəncirlər və təkər corabların çeşidi çoxdur, avtomobillərə, istehsalçılara və keyfiyyətə görə qiymət də dəyişir. Qiymətlər də çox fərqlidir. Mən bilən 15 manatdan başlayır, amma eləsi var ki, qiyməti 10 dəfə bundan artıq 150 manat və daha çoxdur”, – deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az