Politika.Az-a daxil olan məlumata görə, iyulun 1-nə \”Muğanbank”ın işçilərinin sayı 824 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 84 nəfər azdır. \”Muğanbank\” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır.
Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə, 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur. Bankın əsas sahibi isə keçmiş deputat, “Odlar Yurdu”nun rəhbəri Əhməd Vəliyevdir.
Bank sektorunun çöküşü isə eks-deputatın obyektindən də yan keçməyib. Bu bankda ixtisarların daha da kütləviləşməsi gözlənilir.
Xeyli zamandır ki, sözügedən bank zərərlə işləyir. Böhran \”Muğanbank”ın bağlanması üçün bütün şərtləri yetişdirib.
Əslində, bağlanacaq bankların siyahısında rektorun obyektinin də olacağını xəbər vermişdik. Ölkədə iki devalvasiya nəticəsində 11 bank bağlanıb, qalanları isə sürünür.
Politika.Az xəbər verir ki, devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır.
Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər.
Günbəgün yoxsullaşan əhalinin taleyini düşünməyən məmurların bankları isə nə faizləri aşağ salır, nə də güzəştlər var. Artıq məsələyə ölkə rəhbərliyinin müdaxilə etməsinə zərurət yaranıb.
Politika.Az xatırladır ki, ötən il mediada “Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayılmışdı.
Doğrudur, Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bu məlumatları təkzib etməyə çalışmış və “Muğanbank”ın onun üçün kənar bank olmasını iddia etmişdi.
Ancaq qızı və kürəkənin birlikdə bankın səhmlərinin 75 faizindən çıxuna nəzarət etməsi “Muğanbank”ın rektor üçün kənar bank olmadığını göstərir. Üstəlik “Odlar Yurdu” Universitetinin bank hesabları da bu bankda olub.
Yəni, “Muğanbank”la “Odlar yurdu” universitetinin rektoru Əhməd Vəliyevi bir-birinə baxlayan tellər çoxdur.
O ki qaldı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev arasında münasibətlərə, onların arasında çox yaxın münasibətlər olub.
Odlar Yurdu” Universitetində E. Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum günləri qeyd olunub. Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilib.
İnterpress.az