Nazir: Gələn il pensiyaya çıxanların sayı çox olacaqbackend

Nazir: Gələn il pensiyaya çıxanların sayı çox olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin 40,3%-i məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulub.

S.Müslümov əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, Fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər, növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb:

“Belə ki, gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əməkqabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 mln. 741 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 mln. 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının ilin əvvəlinə nisbətən 3,7% artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır.

2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 mln. 324 min nəfərə çatacağını göstərir”.

İnterpress.az