İnterpress.az Fondun məlumatına əsasən xəbə verir i,\”APA-Economics\”ə verilən məlumata görə, \”Parabank\” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 914 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), \”Zaminbank\” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 421 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), \”Kredobank\” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və \”Dekabank\” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 127 min manatdan artıq kompensasiya verilib.
\”Atrabank\” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), \”Qafqaz İnkişaf Bankı\” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 243 min manatdan artıq kompensasiya ödənilib.
\”Bank of Azerbaijan\” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), \”Gəncəbank\” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), \”Texnikabank\” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.
\”Bank Standard\” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 483 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,057 mln. manatdan artıq kompensasiya ödənilib.
İnterpress.az